Baydenin mühafizəçiləri Süleyman Dəmirələ sipər olan mühafizəçilərini yada saldı - VİDEO

Baydenin mühafizəçiləri Süleyman Dəmirələ sipər olan mühafizəçilərini yada saldı -  VİDEO backend

ABŞ prezidenti Co Baydenin yerə yıxıldığı zaman ətrafdakı mühafizəçilərin zəifliyi illər əvvəl müvazinətini itirərək mühafizəçiləri tərəfindən saxlanılan Türkiyənin 9-cu prezident Süleyman Dəmirəli yada salıb.

Qaziler.az bildirir ki, bu müqayisəni Türkiyə mətbuatı videogrüntülərlə aparıb.

ABŞ-ın 80 yaşlı prezidenti Co Bayden qəribə hərəkətləri, yıxılmaları, açıqlamaları ilə gündəmdədir.

Prezidentlik fəaliyyəti dövründə Bayden təyyarə pilləkənlərində büdrəmə və yıxılma, canlı yayımlarda yatmaq və boşluqlara salam verib danışmaq kimi maraqlı görüntülərlə gündəmə gəlib.

Dünən bu görüntülərə yenisi əlavə edilib.

Bayden Koloradoda ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində tələbələrə diplomlarını verdikdən sonra səhnədə büdrəyərək yerə yıxılıb.

Yıxıldıqdan sonra yerdən qalxmağa çalışan Baydenə mühafizəçiləri kömək edib.

Lakin mühafizəçilərin Baydenə müvazinətini itirəndə deyil, yıxıldıqdan sonra kömək etməsi diqqət çəkib.

Yayılan kadrlarda ayağa qalxdıqdan sonra yerdə olan bir şeyə işarə edən Baydenin ayağının orada büdrədiyini eyham etdiyi də görülür.

Türkiyə mətbuatı Baydenin bu yıxılmasını illər əvvəl bu ölkənin 9-cu prezidenti Süleyman Dəmirəlin büdrəməsini ilə müqayisə edib.

Kadrlarda Dəmirəlin kürsüdə çıxış etdikdən sonra pilləkənlərlə enərkən müvazinətini itirdiyi görünür.

Bu zaman Dəmirəlin müvazinətini itirdiyini anlayan mühafizəçilərin dərhal hərəkətə keçdiklərini görmək olur

"Beləliklə, Baydenin mühafizəçiləri ilə türk mühafizəçiləri arasındakı fərq bir daha üzə çıxıb".

QAZİLER.AZ

 

 

Diaspora