İstiyə dayanıqlı olmaları üçün arıların geni dəyişdirildi

İstiyə dayanıqlı olmaları üçün  arıların geni dəyişdirildi backend

Qlobal istiləşmə səbəbindən bütün dünyada temperatur yüksəlir. Bu vəziyyət arılara təsir edir və onların ölümünə səbəb olur.

Qaziler.az xəbər verir ki, NTV-də yayımlanan məlumata görə, alimlər dünyada artan arı ölümünün həllini genetikada tapıblar.

Belə ki, Birləşmiş Ərəb Əmirliklərində alimlər arıların DNT-sində dəyişiklik edərək onları yüksələn temperatura qarşı dayanıqlı ediblər.

Arıların 45-50 dərəcə yüksək temperaturda yaşaya bilmədiyi, bunun həlli üçün ana (kraliça) arının DNT-sinə müdaxilə edildiyi bildirilib.

Beləliklə, ana arının yumurtalarından inkişaf edəcək minlərlə arı istiyə dözümlü olacaq.

Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, arı və kəpənək kimi tozlandırıcıların sayında 35 faiz azalma müşahidə olunur. İntensiv kənd təsərrüfatı, qlobal istiləşmə və zərərli həşəratların artması arıların sürətlə nəslinin kəsilməsinə səbəb olur.

Dünyadakı bitki tərkibli qidaların dörddə üçü arılar, kəpənəklər və həşəratlar kimi canlıların tozlandırması nəticəsində əldə edilir.

Mütəxəssislər bildirirlər ki, artan arı ölümləri yer üzündəki həyatı təhlükə altına alır.

QAZİLER.AZ

Diaspora