Bağına girən ayıya: "Gəl, oğlum, paxla da ye" deyə səsləndi - VİDEO

Bağına girən ayıya: "Gəl, oğlum, paxla da ye" deyə səsləndi - VİDEO backend

Türkiyənin şimalındakı Kastamonu rayonunda bağlara girən qonur ayı mobil telefon kamerası ilə görüntülənib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, rayonda maraqlı, eyni zamanda gülməli hadisə baş verib. Belə ki evinin pəncərəsindən bağına girən ayını videoya çəkən şəxs ona müraciət  edərək: "lobya da ye, yaxşıdır, onlar bahalıdır" deyib.

Bildirilib ki, təxminən bir aydır bağlara dadanan qonur ayıya vətəndaşlar “Ahmet” adını verib.

Bir nəfər qonur ayının öz bağçasında tərəvəz yeyərkən cib telefonunun kamerası ilə çəkib.


Videoda ayını çağıran şəxs: "Ahmet, gəl oğlum, paxla da ye. Yaxşıdır, bahadır" deyib.


Kalafət rayon muxtarı Seral Gün ayının insanları qorxutduğunu deyərək bildirib:

"Ayı qəsəbələrə gəlib bağlara girir.  Bu vəziyyət maraqla qarşılansa da, insanların qorxusuna səbəb olur. Vəziyyəti Milli Parklara bildirdik. Tezliklə tədbir görüləcəyini gözləyirik".

 

QAZİLER.AZ

 

Diaspora