Birləşmiş Ərəb Əmirliklərinin səhralarında süni yağış texnologiyası sınaqdan keçirilib. Tədqiqat zamanı bu üsul özünü doğruldub.
Qaziler.az xəbər verir ki, bu barədə “EADaily Business Insider” məlumat yayıb. Qeyd edilib ki, sınaqlar 50 dərəcə temperaturda aparılıb və bu üsul "bulud toxumu" kimi də tanınır.
Nəşrin məlumatına görə, yeni metod yağış yağdırmağa kömək edən dronların istifadəsinə əsaslanır. Dronlar buludlara elektrik cərəyanı ilə zərbə vurur, onlar toqquşur və yağış yağır.
Birləşmiş Ərəb Əmirliyi səhralarda həddindən artıq istilərlə mübarizə üçün bu üsulu tətbiq etməyi planlaşdırır.
QAZİLER.AZ