“Skoda” yeni nəsil “Superb” və “Kodiaq” modellərinin qış sınaqlarını Şimal qütbündə - Arktikada gerçəkləşdirib.
Soyuğa qarşı hərtərəfli sınaqdan sonra avtomobillər -30 dərəcə temperaturda dayanıqlıq və keyfiyyət testindən keçib.
Bu sınaqlarda əsas diqqət buzlu şəraitdə sürüşməyin sabitliyi, sərnişinlərin rahatlığı və uzun qış səyahətlərində ümumi dayanıqlıq olub.
Ekstremal şərtlərdə keçirilən testlər başa çatdıqdan sonra bu ilin payızında təqdim olunacaq yeni nəsil “Superb” və “Kodiaq” son inkişaf mərhələsinə qədəm qoyub.
Avtomobilin kabin xüsusiyyətləri də dəhşətli soyuq hava proqramına daxil edilib, istilik sisteminin işləməsi və kabinənin temperatur səviyyəsi ölçülüb.
Bundan əlavə, pəncərələrdəki tərləmənin tez bir zamanda həll edilməsinə, oturacağın, sükan çarxının və güzgünün qızdırıcısının da arzuolunan qaydada işləməsinə diqqət edilib.
“Skoda” yeni avtomobil inkişaf proqramı çərçivəsində intensiv sınaqlardan keçərək bütün modellərini real şəraitə ən yaxşı şəkildə hazırlamağı hədəfləyir.
QAZİLER.AZ