Bərpa olunan enerjiyə investisiyalarını artırmağa qərar verən Yaponiya 2025-ci ilə qədər kosmosda günəş panelləri quraşdıracağını açıqlayıb.
Qaziler.az xəbər verir ki, Yaponiya Kosmik Agentliyi JAXA-nın yaydığı məlumata görə, layihə üzərində uzun müddətdir ki, iş gedir.
JAXA 2015-ci ildə layihə çərçivəsində 1,8 kilovatlıq gücü 50 metrdən çox məsafəyə ötürməyi bacardığını açıqlayıb.
İndi JAXA bu layihəni bir addım da irəli aparmağa hazırlaşır.
QAZİLER.AZ