Birinci dərəcəli panel texnologiyası olan OLED televizor panellərindəki səmərəliliyin artması ilə gələcək aylarda istehsal xərcləri azalacaq. Bu, endirim olaraq televizor qiymətlərində də əks olunacaq.
Qaziler.az xəbər verir ki, bu barədə “Display Supply Chain Consultants”dakı analitiklərinin yeni hesabatında qeyd edilib.
Hesabata görə, 55 düymlük OLED panelin istehsal xərcləri bu il 2022-ci illə müqayisədə təxminən 20 faiz azalacaq, 2024-cü ildə də istehsal xərclərinin oxşar azalması baş verəcək.
Qeyd edək ki, OLED ekranlı televizorlar digər texnologiyalarla müqayisədə daha incə hazırlana bilir.
QAZİLER.AZ