“Neuralink” beyin çipinin insan üzərində sınaqları başlayır

“Neuralink” beyin çipinin insan üzərində sınaqları başlayır backend

İnsan beyninə yerləşdiriləcək çip sayəsində insanlarla kompüterlər arasında birbaşa əlaqə yaratmaq məqsədi ilə yola çıxan İlon Maskın “Neuralink” layihəsi 2020-ci ildə heyvanlar üzərində sınaqdan keçirilib.

İnsanları və kompüterləri birləşdirmək üçün ultra yüksək zolaqlı beyin-maşın interfeyslərini inkişaf etdirməyə çalışan “Neuralink” beyin pozğunluqlarını müalicə etməyə, insan beynini qorumağa və təkmilləşdirməyə kömək edəcək və nəticədə insanları süni zəkayla birləşdirəcək.

İlon Mask daha əvvəl şirkətin hazırladığı beyin çiplərinin insanlar üzərində sınaqdan keçiriləcəyini açıqlamışdı. Bununla belə, bu testlər başlamazdan əvvəl ABŞ Qida və Dərman Administrasiyasının təsdiqi tələb olunurdu.

Yeni məlumata görə, administrasiya “Neuralink” şirkətinə insan sınaqları üçün lazımi icazələri verib.

Elon Mask iddia edir ki, implantları beynin daha dərininə yerləşdirə bilsələr, korluq və depressiya kimi xəstəliklər gələcəkdə "Neuralink" ilə müalicə edilə bilər.

QAZİLER.AZ

Diaspora