Yapon dilində “ağ gecə” mənasını verən “byakuya” adlı dondurulmuş desertin qiyməti hazırda 880 000 yen və ya 6 380 dollar təşkil edir.
Qaziler.az bildirir ki, bu barədə “Kazinform” CNN-ə istinadən xəbər verir.
Bu, rəsmi olaraq bu zərif desertii Ginnesin Rekordlar Kitabına görə dünyanın ən bahalı dondurması edir.
Yapon dondurma brendi Cellato öz veb-saytında "ağ gecə"ni celato adlandırıb. Bu ad da onun italyan mənşəli olduğuna işarə edir.
Desertin tərkib hissələrindən biri də İtaliyanın Alba şəhərində hasil edilən ağ trüfeldir. Təkcə bu inqredientin qiyməti iki milyon yen və ya kiloqramı üçün 14500 dollara çata bilir.
QAZİLER.AZ