Qat-qat geyindiyi üçün "canlı bomba" zənn etdilər

Qat-qat geyindiyi üçün "canlı bomba" zənn etdilər backend

Türkiyədə Ərzurumun Əziziyyə rayonunda geyimi şübhə doğuran çoban panikaya səbəb olub. 

Qaziler.az İHA-ya istinadla xəbər verir ki, qat-qat geyinən şəxs ətrafındakıları təşvişə saldıqdan sonra polislər hərəkətə keçib.

Onun çoban olduğu müəyyən edilib. Üzərində axtarış aparan polis telefon üçün şarj kabeli, enerji yığan cihaz və qulaqlıq tapıb.

O, binanın yaxınlığında sadəcə qoyun otardığını deyib.

Geyiminə görə 'canlı bomba olduğu düşünülən İlhami Ş.-nin çoban olduğu, GBT sorğusunda heç bir cinayətinin olmadığı müəyyən edilib.

Soyuq olduğu üçün üst-üstə çox geyindiyini bildirən gənc bütün günü heyvanları otardığını deyib.

Polisin xəbərdarlığından sonra İlhami Ş. yük maşını və qoyunları ilə ərazini tərk edib.

QAZİLER.AZ

Diaspora