İranda 17 il yemək yeməyən kişi: “Aclıq hiss etmirəm”

İranda 17 il yemək yeməyən kişi:  “Aclıq hiss etmirəm” backend

İranda yaşayan 58 yaşlı Qulamreza Ərdəşiri maraqlı həyat tərzi ilə diqqət çəkib.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, 2006-cı ildən yemək yeməyi dayandırdığını deyən Ərdəşiri 17 ildir qazlı içkilərdən başqa heç nə qəbul etmədiyini iddia edib.

Bir şüşə qazı suyu bir qurtumda bitirə biləcəyini ifadə edən 58 yaşlı kişi özündə aclıq hiss etmədiyini deyib. Yaşadığı durumun tibbi olaraq ifadə edilməyəcək qədər çətin olduğunu bildirən Ərdəşiri yemək yeyərkən mədəsində boğulmasına səbəb olan bir hissin varlığından danışıb:

"Qəribə bir hiss keçirdim, sanki ağzımın içində tükə bənzər bir şeyin olduğunu hiss etdim. Bu tükün başı ağzımda, ucu da qarnımdadır və nə etsəm də, həmin tükü çıxarmaq mümkün olmadı. Bu, dəhşətli hiss idi. Həkimlər xəstəliyimə diaqnoz qoymaq üçün çox səy göstərdilər. Ancaq mümkün olmadı. Çox həkimə getdim, psixiatrla da danışdım. Lakin hələ də səbəb tapılmayıb”.

Gün ərzində çox az yatdığını ifadə edən Ərdəşiri 24 saat ərzində 3 litrə yaxın qazlı içki qəbul etdiyini sözlərinə əlavə edib.

Nəhayət, Ərdəşiri ailəsinin gözləri qarşısında yemək yeməsinə belə baxa bilmədiyini və yemək yeyən adam görəndə ürəyinin bulandığını qeyd edib.

QAZİLER.AZ

Diaspora