“Toyota” tam elektrikli avtomobil istehsal etməyəcək

“Toyota” tam elektrikli avtomobil istehsal etməyəcək backend

Yapon avtomobil istehsalçısı “Toyota” tam elektrikli avtomobillər istehsal etmək yerinə,  hələ daha bir müddət hibrid avtomobillər istehsal etməyi düşünür.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Toyota” akkumulyatorlar üçün materialların tədarükünün əhəmiyyətli dərəcədə artacağını və bu materialların alınması ilə bağlı xərclərin və çətinliklərin yaranacağını düşünür.

Hibrid avtomobil materiallarının elektrik avtomobil modelləri ilə müqayisədə daha sərfəli olması “Toyota”nın hibrid modellərə daha çox önəm verməsinə səbəb olacaq.

“Toyota”nın fikrincə, enerji doldurma infrastrukturu kifayət deyil, onun yüksəlişi üçün hələ uzun bir yol var.

QAZİLER.AZ

Diaspora