İsrail şirkəti ekranı olmayan və yalnız AR eynəkləri ilə baxıla bilən noutbuk istehsal edib.
Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, Təl-Əvivdə yerləşən “Sightful” 61 milyon dollar kapitala malik, noutbuk dizaynını tamamilə dəyişdirəcək məhsul hazırlayıb.
Adı “Spacetop” olan modelin ekranını bir kənara qoysaq, alt hissəsinin klassik noutbuklardan çox da fərqli olmadığını deyə bilərik.
Sensor panel, klaviatura, barmaq izi skaneri və portlarla təchiz edilmiş plastik korpusa malik kompüterdə başla izləmək üçün xüsusi sensorlar var.
Noutbukların kiçik ekranından bezmisinizsə, “Spacetop” sizin üçün vazkeçilməz ola bilər. Çünki eynək taxdığınız zaman qarşınıza nəhəng 100 düymlük ekran çıxacaq.
“Spacetop”un ən böyük üstünlüyü odur ki, nə etdiyinizi sizdən başqa heç kim görə bilməyəcək.
Bu səbəbdən istifadəçilər məxfilikdən narahat olmadan kompüterdən istədikləri yerdə istifadə edə biləcəklər.
Kompüterin texniki xüsusiyyətləri aşağıdakılardır:
Prosessor: Qualcomm Snapdragon 865 - Kryo 585 səkkiz nüvəli, 3,1 GHz
Qrafika: Adreno 650
RAM: 8 GB
Yaddaş: 256 GB
Batareyanın ömrü: Təxminən 5 saat
Girişlər: 2x USB C (3.0)
Veb kamera 5MP, 2560x1920
Əməliyyat sistemi: Spacetop OS (Android Açıq Mənbə)
Qiymət: 2000 dollar
“Sightful” noutbuku mayın 31-də Kaliforniyada təqdim edəcək. Hələlik bu maraqlı məhsulu cəmi 1000 nəfər ala biləcək.
QAZİLER.AZ