Mağaza bağlandığı üçün 2 milyon dollar uddu

Mağaza bağlandığı üçün 2 milyon dollar uddu backend

ABŞ-ın Miçiqan ştatında bir kişi həmişəki mağazadan lotereya biletləri almaq istəsə də, obyekt bağlı olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, belə olduqda kişi başqa yerdən bilet alıb və 2 milyon dollar qazanıb.

“Həmişə eyni satıcıdan bilet alırdım. Amma axşam mağazaya gecikdim və o, bağlı idi. Ona görə də bilet almaq üçün başqa mağazaya getdim”, - deyə cekpot udan şəxs paylaşıb.

Nəticədə amerikalı skretç bileti alıb və 2 milyon dollar udduğunu görüb. Adamın dediyinə görə, buna inana bilməyib.

“Mən uzun müddətdir ki, lotereya oynayıram, ona görə də böyük məbləğ udmaq heyrətamizdir. Bu mükafatı qazanmaq həqiqətən mənim həyatımı dəyişir”, deyib.

O əlavə edib ki, pul mükafatını evin pulunu ödəmək və ailəsinə kömək etmək üçün istifadə etməyi planlaşdırır.

 

 

Diaspora