Dünyanın 5-ci ən hündür zirvəsində bayrağımız dalğalandı - FOTO

Dünyanın 5-ci ən hündür zirvəsində bayrağımız dalğalandı - FOTO backend

Everesti və şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist, Azərbaycan Alpinizm Federasiyasının Baş katibi İsrafil Aşurlu Nepalda yerləşən Makalu zirvəsini fəth edərək bayrağımızı dalğalandırıb.

Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Hündürlüyü 8 485 metr olan Makalu dünyanın 5-ci ən hündür zirvəsidir və səkkizminliklər içərisində ən çox çətinlik yaradan dağ hesab olunur. Ekspedisiyaların ancaq 30%-i burada uğur qazana bilir.

Bu, İsrafil Aşurlının fəth etdiyi sayca 6-cı səkkiz minlik zirvədir.

 

 

Diaspora