Kredit kartı ilə qurbanlıq heyvan almaq olarmı? - AÇIQLAMA

Kredit kartı ilə qurbanlıq heyvan almaq olarmı? - AÇIQLAMA backend

Bildiyimiz kimi 28-29 iyunda Qurban bayramı qeyd ediləcək. Bu bayramın əsas ritullarından biri də maddi imkanı çatan müsəlmanların Allah yolunda qurbanlıq heyvan kəsməsidir.

Lakin son zamanlar bu bayramla bağlı ən çox soruşulanlar arasında "kredit kartı ilə qurbanlıq heyvan almaq olarmı, günah sayılmazmı?" kimi suallar yer alır.

Qaziler.az bildirir ki, məsələ ilə bağlı Türkiyə mediasında yazı dərc edilib. Vətəndaşların bununla bağlı sualını Diyanət İşləri Ali Qurumu cavablandırıb:

“Qurban kəsmək məcburiyyətində olan şəxs qurbanlıq heyvanı nəğd ala bildiyi kimi, kredit kartı ilə bir dəfə çəkməklə və ya hissə-hissə ödəməklə də ala bilər. Bu çərçivədə qiymətin kredit kartı ilə ödənilməsi qurbanlığa əngəl deyil. Lakin kredit kartındakı borcu ödəməniləcək tarixdə, gecikdirmədən və faizə düşmədən ödəmək lazımdır. Bank kredit kartı ilə qurban alarkən müddəti özü tətbiq edərsə və əlavə haqq ödənərsə, kəsilən qurban səhihdir. Lakin faizli əməliyyat günah olduğu üçün ondan çəkinmək lazımdır”.

QAZİLER.AZ

Diaspora