Həkimlər 3 il ömür biçdi, dünyaca məşhur aktyor hələ də yaşayır - FOTO

Həkimlər 3 il ömür biçdi, dünyaca məşhur aktyor hələ də yaşayır - FOTO backend

Dünyaca məşhur aktyor, “Rocky IV” filmində boksçu İvan Draqonu canlandıran, həmçinin Silvester Stallonenin baş rolda çəkildiyi “Cəhənnəm mələkləri” serialında “Gunner” xarakterinə həyat verən isveçli idmançı, prodüser, rejissor və aktyor Dolf Lundqren 8 il əvvəl ona qoyulan xərçəng diaqnozu və müalicəsi haqqında danışıb.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, o bu barədə qonaq olduğu “İn Depth With Graham Besinger” adlı televiziya verilişində danışıb. 65 yaşlı aktyor  2015-ci ildə həkimlərin böyrəyində şiş aşkar etdikdən sonra sakitcə xərçənglə mübarizə apardığını açıqlayıb.

Bədəninə yayılan xərçəng hüceyrələri əməliyyatla alınsa da, həkimi daha sonrakı etapda şişin əməliyyat edilməyəcək qədər böyüdüyünü deyib. Ağzı, əlləri, ayaqları ağrayıb, isti, soyuq, ədviyyatlı heç bir şey yeyə bilməyib. Yemək yeməkdə çətinlik çəkib və sürətlə çəki itirib.

Aktyor həkimidən ona vaxt verməsini və ailəsiylə birlikdə daha çox zaman keçirməsini istədiyini deyib:

“Mən ona “səncə, nə qədər ömrüm qalıb?” deyə soruşdum. “Məncə, 2 və ya 3 il” dedi. Amma səsindən daha az olduğunu düşündüm. Ömrünüzə baxıb “gözəl bir həyatım oldu” deyirsiniz. Onsuz da bir ömrümə 5 ömür sığdırmışam. Yəni üzülmürdüm. Sadəcə bilirsiniz, uşaqlarım, nişanlım və ətrafımdakı insanlara üzülürdüm”.

Daha sonra Lundqren başqa bir həkimdən fikir alıb. Həkimi xərçəngi dərmanla müalicə edə biləcək bir üsul tapıb və bu da şişlərin 90 faizinin kiçiklməsinə kömək edib.

Həyata fərqli baxdığını deyən aktyor, “Artıq hər günün dəyərini bilirsiniz” deyərək fikirlərini yekunlaşdırıb.

QAZİLER.AZ

Diaspora