Cəfər Cabbarlı barədə çox yazılıb. Onun həyatı, taleyi, ölümü barədə bu gün çox əfsanələr var. Sovetlər dövründə onun keçmişi ilə bağlı bir çox faktlar gizlədildi, əsərləri yox edildi. Onu Cümhuriyyət dövründə hökumət işində çalışmasına görə çox incitdilər. "Trablis müharibə", “Araz çayı” və "Ədirnə fəthi" əsərlərinə görə ömrünün sonuna qədər təzyiqlər ilə üzləşib. Nuru Paşa ilə dostluğuna görə mütamadi olaraq çağırıb, dindiriblər.
Hər dəfə təzyiqlərə baxmayaraq, ayaq üstə durmağı bacarsa da, sonuna qədər dözə bilməyib. Sovet təbliğatı onun ürək çatışmazlığından əziyyət çəkdiyini ölüm kağızında yazsa da, bəzi məlumatlara görə böyük dramaturq əslində intihar edib. O qədər təzyiq onun psixoloji vəziyyətinə təsir edib, çıxış yolu kimi də intiharı seçib. Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi "Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" məqaləsində onun sovetlərin təzyiqlərinə dözməyərək intihar etdiyini qeyd edir.
Bir faktı da diqqətinizə çatdırım ki, Cəfər Cabbarlının beyninin həcmi çox böyük olub. Hətta fotolarına nəzər salsaz, görərsiniz ki, çiyinləri çox kiçikdir. Məlumdur ki, müxtəlif millətlərin nümayəndələri beyin çəkisinə görə fərqlənirlər. Ən ağır beyin çəkisi olan millətlər monqollar və buryatlar hesab olunur. Sonrakı yerləri belaruslar, almanlar, ukraynalılar və ruslar tutur. Daha sonra koreyalılar, çexlər və ingilislər gəlir. Siyahını yapon və fransızlar davam etdirir. Ən kiçik beyin ölçülü millət isə köklü avstraliyalılar hesab olunur. Dünyada ən ağır beyinlərdən biri, bəlkə də birincisi Cəfər Cabbarlıya məxsus olub. 2775 qram! O zamanlar Leninin beyni böyük sayılırdı, təsəvvür edin, Cəfər Cabbarlının beyni ondan da böyük idi. Leninin beyni 1350 qram olub.
Cəfər Cabbarlının dəfn edildikdən sonra Sovet gizli orqanları tərəfindən beyninin elə indiki Musa Nağıyev adına klinika, o zamankı “Semaşko” adına xəstəxanada oğurlanaraq, tədqiqat üçün Leninqrada aparıldığı haqqında iddialar var. Bu barədə Cəfər Cabbarlının xanımının sonradan dediyi də bunu təsdiq edir:
"Cənazə yuyacağa aparılanda həyətə nə qohum, nə də dost kimi tanımadığı bir neçə adam gəlib mühafizəçilərlə. Sonra onlar yuyacaq tərəfə keçiblər. Bir saata qədər orda qalıblar və çıxıb gediblər".
Hətta hazırda onun beyninin Londonda gizli bir laboratoriyada qorunub saxlanıldığı barədə fikirlərə rast gəlmək olur. İddialara görə, Leninqradda tədqiqat üçün lazımı avadanlıq olmadığı üçün Sovetlər Britaniyaya müraciət edirlər. Londondan xüsusi təyyarə ilə gəlib onun beynini aparıblar.
Dünyanın 2-3 belə nadir insanı olub ki, beyinləri tədqiqat olunub. Bunlardan biri də Cəfər Cabbarlı idi. Çünki onların bu cür istedada sahib olmalarının səbəbləri araşdırılır. Elm belə faktları tədqiq edir, çünki bəşəriyyət tarixində bu cür nadir insanlar olmasının səbəbini tapa bilmir.