Şahzadə Diana Hollivud ulduzunu narkomaniyadan necə xilas etdi?

Şahzadə Diana Hollivud ulduzunu narkomaniyadan necə xilas etdi? backend

Lent.az "Ömrün bir anı" rubrikasında məşhurların həyatında baş vermiş maraqlı anlar barədə məlumat verir. Bu dəfə şahzadə Diana və Hollivud ulduzu Con Travoltanın həyatındakı ortaq bir gecədən bəhs edəcəyik.

1985-ci ildə Britaniya şahzadəsi Diana və əri şahzadə Çarlz ( İndi kral III Karl) Amerikaya səfər etmişdilər. Ağ Evdə qonaq olarkən ledi Diana Prezident Ronald Reyqanın xanımı Nensi Reyqandan bir xahiş edir. O, Hollivud ulduzu Con Travoltanı görmək istədiyini bildirir. 

Aktrisa o zamanlar artıq məşhur ulduz olan aktyorun heyranı idi. Həmin ərəfədə Travolta anasını və sevgilisini itirmişdi. Bu acıları unutmaq üçün narkotik maddələrdən istifadə edərək, aludəçisinə çevrilmişdi.

Nensi Reyqan Travoltanın Ağ Evdə keçirilən ziyafətə çağırılmasını xahiş edir. Bu istək qarşısında heyrətə düşən Travolta məmnuniyyətlə Ağ Evə gəlir. O, uzaqda daynıb ledi Diananı seyr edir. Bu zaman xanım Reyqan xahiş edir ki, o, şahzadə Diananı rəqsə dəvət etsin. Beləliklə aktyorla şahzadənin o məşhur rəqsi baş tutur. Sonralar şahzadə Diananın ziyafətdə geyindiyi qara libas hərracda çox böyük qiymətə satılır.

Con Travolta isə o gecəki həyəcanla özünə söz verir ki, narkotik və alkoqol asılılığından qurtulacaq. Bax beləcə, şahzadənin onun həyatına sehirli pəri toxunuşu gənc aktyoru uçurumun kənarından geri qaytarır.

Con Travolta ziyafətdən sonra özəl klinikalardan birində müalicə alır və sağalır. O, verdiyi bütün müsahibələrdə Diananı böyük minnətdarlıqla yad edir.

 

 

Diaspora