2022-ci ildə dünyada ən çox satılan avtomobillərin siyahısı açıqlanıb

2022-ci ildə dünyada ən çox satılan avtomobillərin siyahısı açıqlanıb backend

“JATO Dynamics” 2022-ci ildə dünyada ən çox satılan avtomobil modellərini açıqlayıb.

Belə ki, 2022-ci il üçün avtomobil satışları 79,4 milyon ədəd təşkil edib. Bu rəqəm 2021-ci illə müqayisədə 2 faiz az deməkdir.

Paylaşılan məlumatlar göstərir ki, keçən il dünyada ən çox seçilən 10 avtomobil modelindən 5-i “Toyota”ya məxsus olub. Məsələn, markanın ən yeni SUV modellərindən biri olan “Corolla Cross” satışları illik müqayisədə 221 faiz artıb.

Qaziler.az 2022-ci ildə ən çox satılan avtomobillərin adlarını təqdim edir:

Toyota RAV 4 - 1 milyon 16 min

Toyota Corolla Sedan - 992 min

Tesla Model Y - 747 min

Honda CR-V - 733 min

Toyota Camry - 673 min

Toyota Hilux - 632 min

Nissan Sentra - 566 min

Toyota Corolla Cross - 530 min

Ford F-150 - 525 min

Tesla Model 3 - 482 min

QAZİLER.AZ

Diaspora