"Ferrari" 2035-ci ildən sonra da daxili yanma mühərriklərinə sərmayə qoymağa davam edəcəyini açıqlayıb.
Elektrikli avtomobillərin populyarlaşması ilə bir çox markalar artıq tam olaraq bu bazara yönəlib. Demək olar ki, qarşıdakı illərdə daxili yanma mühərrikli avtomobillər həyatımızdan çıxacaq.
Məsələn, “Mercedes” 2030-cu ilə qədər, bazar şərtləri imkan verənə qədər elektrikli mühərriklərə keçəcək. “Audi” 2026-cı ilə qədər yalnız elektrik avtomobilləri istehsal etməyə başlayacaq.
Avropa İttifaqı 2035-ci ilə qədər daxili yanma mühərrikli avtomobillərin satışını qadağan edəcək. Lakin Almaniyanın böyük təzyiqi altında sintetik yanacaqla işləyən və neytral karbon olan avtomobillərin daxili yanma mühərrikləri ilə satışına icazə veriləcək.
Bu səbəbdən "Ferrari" elektron yanacaqla işləyən daxili yanma mühərrikli avtomobillər istehsal etməyə davam edəcək. Digər tərəfdən, "Ferrari" 2030-cu ildə ilk tam elektrikli modelini təqdim etməyə hazırlaşır.
"Ferrari"nin baş direktoru Benedetto Vigna bildirib ki, istehsal olunacaq ilk elektrikli avtomobili unikal və əsl Ferrari xüsusiyyətlərinə sahib olacaq.
QAZİLER.AZ