Nazir “Twitter”dəki izləyicilərindən kömək istədi

Nazir “Twitter”dəki izləyicilərindən kömək istədi backend

Avstraliyanın xarici işlər naziri Culi Bişop mirvari sırğasını itirib. Hadisə bazar ertəsi C.Bişopun “Sky News” telekanalına müsahibə vermək üçün Sidneyin mərkəzindəki Martin Pleys meydanına gəldiyi vaxt baş verib.

Bu barədə “Trend” TASS agentliyinə istinadən xəbər verir. Nazir kameralar qarşısına təkcə sağ qulağındakı sırğa ilə çıxıb və müsahibə başa çatandan dərhal sonra özünün “Twitter”dəki səhifəsində oxuculara xahişlə müraciət edib. Avstraliya XİN rəhbəri yazıb: "Salam, "Twitter" istifadəçiləri, mən bu gün Martin Pleysdə sırğamı itirmişəm. Onu tapan şəxs mənə zəng vursa, minnətdar olaram". Qeyd edək ki, hazırda C.Bişopun “Twitter”dəki səhifəsində oxucuların sayı 90 mindən artıqdır. Hələlik sırğanın tapılıb sahibinə qaytarılması barədə məlumat yoxdur.
Diaspora