Çin alimləri meymunun zehnini sınaqdan keçirib

Çin alimləri meymunun zehnini sınaqdan keçirib backend

İnsan beyninə yerləşdiriləcək çip sayəsində insanlarla kompüterlər arasında birbaşa əlaqə yaratmaq məqsədi ilə yola çıxan Elon Maskın "Neuralink" layihəsi 2020-ci ildə heyvanlar üzərində sınaqdan keçirilib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, indi Çin alimlər bir meymuna bağladıqları robot qolunu beyin-kompüter əlaqəsi ilə idarə etməyi bacarıblar.

Tədqiqatçılar deyirlər ki, bu texnologiya bir gün bədən üzvlərindən istifadə edə bilməyən insanlara kömək edə bilər.

Komanda rəhbəri və Nankai Universitetinin süni intellekt kollecinin professoru Duan Feng bildirib ki, tədqiqatçılar heyvanın şah damarına stent yerləşdirib və oradan bədənin hərəkətinə nəzarət edən beyin motor korteksinə çatıblar.

QAZİLER.AZ

Diaspora