“Jeep Avenger” "Ən yaxşı kiçik avtomobil" seçildi - FOTO

“Jeep Avenger” "Ən yaxşı kiçik avtomobil" seçildi - FOTO backend

“Jeep Avenger” "2023 Avropada İlin Avtomobili” daxil olmaqla genişlənən beynəlxalq mükafatlar kolleksiyasına daha birini əlavə edib.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Avenger” “Autocar” tərəfindən təşkil edilən “Autocar Awards 2023”də "Ən Yaxşı Kiçik Avtomobil" seçilib.

Kompakt ölçüləri və texnoloji xüsusiyyətləri ilə “Jeep”in tam elektrikli avtomobil məhsullarını qabaqlayan “Avenger” təcrübəli avtomobil jurnalistlərindən tam qiymətini alıb.

Tam bir "Jeep" kimi dizayn edilmiş “Avenger” kompakt ölçülərinə, dizaynı, üslubu, funksionallığı və qabaqcıl texnoloji xüsusiyyətləri ilə müştərilərin ehtiyaclarını ən yaxşı şəkildə qarşılayır.

Avenger 156 at gücünə uyğun olaraq 115 kVt güc və 260 Nm fırlanma anı hasil edir. "Avanger"dəki 54 kVt/saat batareya yüksək enerji sıxlığı ilə nominal və istifadə olunan enerji arasında əla nisbət təklif edir.

QAZİLER.AZ

Diaspora