Kitab oxumaq stressdən çıxmağa kömək edir

Kitab oxumaq stressdən çıxmağa kömək edir backend

Sasseksa universitetindən olan Britaniya alimləri (Devid Lyusanın başçılığı ilə) stressin aradan qaldırılması ilə bağlı maraqlı test keçiriblər.

Qazilər.az saytının ingilis mətbuatına istinadən verdiyi məlumatda bildirilir ki, onların həvəskarlarla keçirdiyi testin nəticələrinə görə musiqi stress səviyyəsini 61%, bir fincan çay və ya kofe -54%, gəzinti - 42%, video oyunlar isə yalnız 21% azalda bilir. Sən demə stressdən çıxmağın ən yaxşı yolu kitab oxumaqmış. Belə ki, kitab oxumaq stress səviyyəsini 68% aşağı sala bilir. 6 dəqiqə kitab oxumaq kifayətdir ki, nəbz normallaşsın və taqətdən düşmüş əzələlər normal fəaliyyətə başlasın.
Diaspora