Alimlər Ayın dünyadan görə bilmədiyimiz qaranlıq səthində yerləşən “Aitken” hövzəsində nəhəng struktur kəşf etdiklərini açıqlayıblar.
Havay adasından 5 dəfə böyük olan nəhəng quruluş Ayın Cənub Qütbü-Aitken hövzəsində basdırılmış vəziyyətdə tapılıb.
Tədqiqatçılardan biri ABŞ-ın Baylor Universitetində təhsilini davam etdirən Peter James sözügedən nəhəng quruluşun asteroid və ya maqma okeanının kristallaşması nəticəsində yaranan oksidlər nəticəsində əmələ gələn metallardan meydana gəlmiş ola biləcəyini qeyd edib:
"Havay adasından 5 dəfə böyük olan dəmir yığını götürüb basdırdınızı düşünün. Təxminən müəyyən etdiyimiz quruluş budur".
Sözügedən kəşf ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin Ayın cazibəsini göstərən “Grail” kosmik gəmisinin məlumatlarının tədqiqi nəticəsində baş verib.
QAZİLER.AZ