Məşhur italyan rəssamı Leonardo Da Vinçinin 16-cı əsrdə çəkilmiş dünyaca məşhur əsəri Mona Lizanın arxa planında körpü detalı aşkarlanıb.
Qaziler.az AA-ya istinadla xəbər verir ki, rəsmdəki körpünün Laterniyadakı Romito körpüsü olduğu iddia edilib.
Daha əvvəl dünyanın ən məşhur portreti ilə bağlı müəyyən təsbitlər və diaqnozlar edən tarixçi Silvano Vincentinin koordinasiya etdiyi araşdırmanın nəticələri Romada Xarici Mətbuat Birliyində təşkil edilən mətbuat konfransında açıqlanıb.
"Bu körpü Arezzo vilayətinin Laterina şəhərində olan və “Ponte di Valle” olaraq tanınan etrusk-Roma körpüsü olan Romito körpüsüdür”, - Vincenti deyib.
Vincenti Romito körpüsünün dörd tağının olduğunu və bu gün yalnız birinin qaldığını bildirib.
QAZİLER.AZ