Çin kosmik gəmisi Marsda su tapdı

Çin kosmik gəmisi Marsda su tapdı backend

Çin Milli Kosmik Agentliyi tərəfindən 2020-ci ildə kosmosa buraxılan “Tianwen-1” milyonlarla kilometr yolu problemsiz tamamlayıb və fevral ayında Marsın orbitinə çatıb.

Kosmik gəmidə olan Zhurong adlı səyahətçi Marsa eniş edib və beləliklə, Çin Marsa nəqliyyat vasitəsi endirən ikinci ölkə olub.

Çinin “Zhurong” kosmik gəmisinin məlumatlarını araşdıran elm adamları Marsda aşağı enliklərdə yaşayış üçün əlverişli mühitlərə işarə edən su dəlili aşkar ediblər.

Marsda suyun yalnız bərk və ya qaz halında ola biləcəyi ilə bağlı əvvəlki fikirlərə meydan oxuyan bu kəşf, kosmik gəminin eniş yerindəki qum təpələrinin morfoloji xüsusiyyətlərini və mineral kompozisiyalarını təhlil edərək tapılıb.

“Science Advances” elmi jurnalında dərc edilən araşdırmada isə təxminən 400.000 il bundan əvvələ qədər Marsda qar və ya şaxta olduğunu ortaya qoyub.

QAZİLER.AZ

Diaspora