İsrailli arxeoloqlar ölkədə ən böyük qızıl sikkə xəzinəsi tapıblar. Sikkələr IX – XI əsrə aiddir və o zaman indiki İsrail ərazisinə nəzarət edən Misirin Fatemida sülaləsinin dövründə buraxılıb.
Arxeoloqlar ümid edir ki, bu tapıntı yeganə sensasiya olmayacaq və onlar orta əsrlərdə batmış gəmini də tapa biləcəklər. Qazilər.az saytının məlumatına görə qədim Keysəriyyə şəhərinin yaxınlığında dənizdən tapılmış xəzinədə 2 min qızıl sikkə var.Qədim dövrü öyrənən idarənin dəniz arxeologiyası şöbəsinin direktoru Kobi Şarvit güman edir ki, bu qiymətli yük Misirə vergi qisminə göndərilib. Başqa versiyaya görə əsgər qarnizonunun şikayətini təmin etmək məqsədi daşıyırmış.