Türkiyədə görənlərin inana bilmədiyi 9 metrəyə yaxın məzar tapıldı - FOTO/VİDEO

Türkiyədə görənlərin inana bilmədiyi 9 metrəyə yaxın məzar tapıldı - FOTO/VİDEO backend

Türkiyənin Sivas şəhərində Şarkışlada tapılan 8,5 metr uzunluğundakı məzarlıq görənləri təəccübləndirib.

Qaziler.az “ensonhaber.com”a istinadla xəbər verir ki, qəbrin içində yatan şəxs haqqında edilən rəvayətlər də eşidənlərin diqqətini çəkir. Belə ki, sözügedən məzarın Şeyx Ziya baba adlı bir şəxsə aid olduğu ehtimal edilir.

Kəndə ilk dəfə gələnlər qəbri görən kimi uzunluğunu ölçməyə çalışır.

Kənd sakinlərinin dediklərinə görə, Şeyx Ziya babanın məzarından qalxaraq Kipr döyüşünə getdiyi, vaxtaşırı namaz qılmaq üçün bulaq başına gedib dəstəmaz alaraq məzarının yanında namaz qıldığı deyilir.

Kənd sakinlərindən Haqqı Qoç kəndin ağsaqqallarının danışdıqlarını belə rəvayət edir: “Mənim çox yaşlı bir nənəm vardı. Mənə bu şəxsin qəbrindən qalxıb Kipr müharibəsinə getdiyini deyib. Şeyx Ziya baba 7 qardaş olublar və məzarları da bir-birinə yaxın müxtəlif yerlərdə qazılıb. Qayınatam deyirdi ki, bulaqdan səhəngə su doldurub qoyardım, lakin sübh namazına qalxıqda qabda su olmazdı. Hətta Şeyx Ziya babanın bulağın yanında dəstəmaz aldığını, namaz qıldığını görənlər də olub. Məzarı da 8,5 metrdir, görənlər soruşur, amma dəqiq heç nə bilmirik”.

QAZİLER.AZ

Diaspora