Son illər elektrik avtomobilləri çox populyardır və bir çox marka öz modelləri üzərində işləməyə davam edir. Bu markalardan biri olan “Volvo” da elektrikli avtomobil çeşidinə yenisini əlavə edib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, uzun fasilədən sonra “Volvo” ötən ilin sonunda yeni elektrikli SUV modeli “EX90”ı təqdim etdi.
“Volvo”nun yeni tam elektrik flaqmanı “EX90” yüksək tələbat səbəbindən müvəqqəti olaraq ilkin sifarişləri ala bilməyəcək. Bu arada avtomobilin başlanğıc qiyməti 80 min dollar olaraq açıqlanıb.
Yeni “Volvo EX90” 111 kVt/saat tutumlu akkumulyatorla təchiz edilib. Ön və arxada yerləşən mühərriklər tam ötürücülü, standart versiyada isə cəmi 408 at gücü və 770 Nm fırlanma anı təklif edəcək. Performans versiyasında bu dəyərlər 517 at gücünə və 910 Nm-ə qədər artacaq.
3 tona yaxın çəkisi olan avtomobilin Performance versiyasında 0-100 km/saat sürətlənməsini 4,9 saniyəyə tamamladığı bildirilir.
600 kilometrə qədər məsafə təklif edən yeni “Volvo EX90” 14,5 düymlük böyük multimedia ekranına malikdir.
QAZİLER.AZ