Yadplanetlilər bizimlə əlaqə qurmağa çalışır? - 25 sirli siqnal aşkar edildi

Yadplanetlilər bizimlə əlaqə qurmağa çalışır? -  25 sirli siqnal aşkar edildi backend

Dünya alimləri kosmosla bağlı araşdırmalarını davam etdirdikcə, onları təəccübləndirən sirli tapıntılar əldə edirlər.

Qaziler.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, bu dəfə alimlər kosmosdan 25 sirli "sürətli radio partlayışı" (FRB) aşkar etdiklərini açıqladılar.

Bu güclü radiasiya partlayışları 2019 və 2021-ci illər arasında Kanada Hidrogen İntensivlik Xəritəçəkmə Təcrübəsi (CHIME) radio teleskopu tərəfindən aşkar edilib.

Sürətli radio partlayışlarını və ya FRB-ləri nəyin əmələ gətirdiyi hazırda məlum deyil, lakin onların ümumiyyətlə uzaq qalaktikalarda ölən ulduzlar tərəfindən yayıldığı düşünülür.

Astronomlar bu cür siqnalları əvvəllər gəldiyi yerə qədər izləyə biliblər. Lakin həmin siqnalları nəyin yaratdığı hələ də sirr olaraq qalır.

Digər tərəfdən, yadplanetlilərin siqnalların mənbəyi kimi bizimlə əlaqə saxlamağa çalışdıqlarını və yeni ev axtardıqlarını söyləyən bəzi nəzəriyyələr də var.

QAZİLER.AZ

Diaspora