Finlandiyanın “HMD Global”ın himayəsi altında fəaliyyətini davam etdirən Nokia, bazara çıxardığı sərfəli smartfonlarla adından söz etdirib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Nokia”nın yeni dayanıqlı telefonu “XR30” tezliklə satışa çıxarılacaq. Telefonun görüntüləri artıq internetdə yayılıb.
Dayanıqlı korpusa malik olan “Nokia XR20”nin nümayişindən artıq iki ilə yaxın vaxt keçib və indi yeni “XR30” modeli haqqında məlumatlar gəlməyə başlayıb.
“Nokia XR30”un xüsusiyyətlərinə gəldikdə, MIL-STD-810H hərbi davamlılıq sertifikatına, eləcə də suya və toza qarşı IP68 müqavimət sertifikatına malikdir.
64 meqapiksellik əsas və 8 meqapiksellik ultra geniş bucaqlı kamera ilə gələn telefonun ön hissəsində 16 meqapiksellik kamera var.
“Nokia XR30” 6 GB RAM və 128 GB yaddaşa malik istifadəçilər üçün əlçatan olacaq. 33W sürətli şarj dəstəyi ilə 4600 mAh tutumlu telefonun 499 dollara satışa çıxması gözlənilir.
QAZİLER.AZ