ABŞ-ın texnologiya nəhəngi olan “Apple” maraqla gözlənilən “iPhone 14” modellərini ötən ilin sentyabrında təqdim etdi. İndi isə gözlər “iPhone 15” modellərinə çevrilib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, 2023-cü ilin sentyabrında təqdim edilməsi gözlənilən “iPhone 15” seriyasının qiymətləri ilə bağlı bəzi söz-söhbətlər yayılıb.
Yayımlanan hesabata görə, seriyanın ən güclüsü olacaq “iPhone 15 Pro Max”ın qiyməti “iPhone 14” modelindən 48 faiz baha olacaq və tarixdə ən bahalı “iPhone” kimi qeyd olunacaq. Çünki “iPhone 15”in istehsal xərclərində ciddi artım olacaq və bunlar satış qiymətlərində də özünü göstərəcək.
Son məlumata görə, “iPhone 15 Pro”nun istehsal dəyəri 20 faiz, “iPhone 15”in isə 12 faiz artacaq. Bu artımın əsas məsuliyyəti çip istehsalçısı TSMC-dir. Son zamanlar 3nm çiplərini istehsal etməyə başlayan TSMC hələ də bir çox problemləri həll edə bilmədiyindən istehsalı yüksək qiymətlə həyata keçirir. “Apple” da bu yüksək qiymətdən öz payını alacaq.
QAZİLER.AZ