Çinin yüz milyonlarla əhalisi Yeni il bayramını (Ay təqvimi) qeyd etmək üçün ailələrinin yanına gedirlər.
40 gün ərzində üç milyarda yaxın insanın bayram səfərləri reallaşdıracağı gözlənilir.Qazilər.az saytı Sinxua agentliyinə istinadən xəbər verir ki, Pekində, Şanxayda və Honkonqda daha geniş qeyd olunan bu bayramda “Qızıl həftə” adlanan yeddi günlük rəsmi tətil elan olunub. Fevral ayının 24-də başa çatacaq bu tətildən əvvəl və sonra da insanlar bayramı qeyd etməkdə davam edirlər.