Taylandın məşhur nəhəng pandası Lin Hui 2003-cü ildən bəri yaşadığı Çianq May zooparkında qəfil səhhətində yaranan problemlər səbəbindən ölüb.
Qaziler.az bildirir ki, dişi panda 2003-cü ildə Çin tərəfindən Taylanda göndərilib.
“Chiang Mai” zooparkı tərəfindən edilən açıqlamada Lin Huinin qəfildən xəstələndiyi və o vaxtdan bəri Çinli baytarlarla birgə müalicə işlərinin aparıldığı, lakin bütün müdaxilələrin nəhəng pandanı xilas etmək üçün kifayət etmədiyi vurğulanıb.
“Chiang Mai” zooparkının baytar həkimi Thewarat Vejmanus pandanın mütəmadi olaraq yoxlanıldığını və heç bir sağlamlıq probleminin olmadığını, ölümünün təbii səbəblər olduğunu düşündüklərini bildirib. Thewarat pandaların orta ömrünün 15-20 il, Lin Huinin ümumi ömrünün isə 21 il 7 ay olduğunu bildirib.
Məlumatlarda qeyd edilir ki, pandanın son bir həftə burun qanaması ilə bağlı fotoları sosial mediada paylaşılıb. Ölüm səbəbinin son vaxtlar Çiang Mai şəhərində havanın çirklənməsi olduğu da iddia edilir.
QAZİLER.AZ