Avtomobillərin ön şüşələri tamamilə ekran olacaq - "Xiaomi"dən YENİLİK

Avtomobillərin ön şüşələri tamamilə ekran olacaq - "Xiaomi"dən YENİLİK backend

“Xiaomi” yeni patentlə gündəmə gəlib. Şirkətin avtomobillərin ön şüşələrini ekrana çevirəcək patenti ortaya çıxıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, 2021-ci ildə öz elektrik avtomobilini istehsal edəcək şirkətlər sırasına çinli “Xiaomi” də əlavə olunub.

Avtonom idarəetmə təşəbbüsünün birinci mərhələsində Çində 140-dan çox avtomobilin sınaqdan keçirilməsi planlaşdırılır. Şirkət 2024-cü ilə qədər sektorda lider olmağı hədəfləyir.

Şirkətin təqdim etdiyi patentin məzmununa baxıldığında avtomobillərin ön hissəsindəki şüşələrin ekrana çevrildiyi görünür.

Şüşənin altına quraşdırılmış ekran texnologiyası sayəsində sürücülər şüşə ekrandakı təsvirləri həm toxunmaqla, həm də səslə idarə edə biləcəklər.

Bununla yanaşı, ekrandakı şəkillərin ölçüsü və şəffaflığı kimi bir çox fərdiləşdirmə xidmətləri də sürücülərə təqdim ediləcək.

Sürücülər ekrandan istifadə edərək naviqasiya və əyləncə məzmunlu proqramlara daxil ola biləcəklər.

Lakin “Xiaomi”nin bu texnologiyanı nə vaxt istifadəyə verəcəyi ilə bağlı hələlik heç bir məlumat yoxdur.

QAZİLER.AZ

Diaspora