Sürücüsüz avtomobillər dumanlı havada yolda qaldı

Sürücüsüz avtomobillər dumanlı havada yolda qaldı backend

San-Fransiskoda sürücüsüz taksi xidməti göstərən “Waymo” şirkətinə bağlı 5 avtomobil dumanlı havada qəfil yolun ortasında dayanıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, dumanda irəliləməyə çalışan 5 “Waymo” avtomobili yolunu tapa bilməyib və getdikləri küçənin ortasında dayanıb.

Küçə geniş olsa da, yan-yana dayanan 5 maşın yolun bağlanmasına səbəb olub. Maşınlarda heç kimin olmadığını anlamayan bəzi sürücülər əvvəlcə siqnalla vəziyyətə reaksiya veriblər. Xoşbəxtlikdən duman 6-7 dəqiqədən sonra aradan qalxıb və “Waymos” yenidən hərəkətə keçib.

Baş verənlərdən sonra “Waymo” dumanlı hava şəraitində vasitələrin performansını yaxşılaşdırmaq üçün proqram yeniləmələri üzərində çalışdıqlarını açıqlayıb.

QAZİLER.AZ

Diaspora