Günəşdən uzaqlığına görə Günəş sistemində beşinci ən böyük planet olan Yupiter əsasən hidrogen və helium qazlarından ibarətdir. Odur ki, alimlər bu planeti yaxından öyrənməyə davam edirlər.
Qaziler.az xarici mediaya istinadla xəbər verir ki, Avropa Kosmik Agentliyinin (ESA) kosmik gəmisi Yupiterin üç peykində həyatın olub-olmadığını aşkar etmək üçün aprelin 13-də buraxılmalı idi.
Avropa Kosmik Agentliyi ildırım təhlükəsi səbəbiylə buraxılışın olmayacağını açıqlayıb. Yeni buraxılış tarixi də hələ müəyyən edilməyib.
Məlumatda bildirilir ki, 1,4 milyard funt sterlinqlik kosmik gəmi ilk dəfə 400 il əvvəl italyan astronom Qalileo Qaliley tərəfindən müşahidə edilən Yupiterin Qanymede, Europa və Callisto peyklərinin donmuş okeanlarını tədqiq edəcək. Kosmik gəminin Yupiterə səyahətinin 8 il çəkəcəyi, çatma tarixinin isə 2031-ci ildə olacağı açıqlanıb. JUICE adlı araşdırma ilə suyun peyklərdə tapılacağına ümid edilir.
QAZİLER.AZ