ABŞ-nin Miçiqan bölgəsində yaşayan ailəni heyrətləndirən hadisə baş verib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, Andrew Clarkın ötən ilin martında dünyaya gələn qız övladı böyük sevincə səbəb olub.
ABŞ-e mediasına açıqlama verən Carolyn Clark əriylə tanış olarkən yoldaşının ailələrində 1885-ci ildən bəri ancaq oğlan uşağının doğulduğunu, qız övladlarının olmayacağını deyib. Qadın əvvəlcə buna inanmayıb. Daha sonra qayınanasıyla tanış olan Carolyn 1885-ci ildən bu yana ailədə dünyaya gələnlərin doğum məlumatları ilə tanış olub və doğulanların həqiqətən oğlan olduğunu görüb.
İlk övladları oğlan olanda deyilənlərə bir az inandığını ifadə edən Ana Carolyn Clark, keçən ilin oktyabrında ailəyə ikinci körpənin cinsiyyətini bir ziyafətlə elan etdiklərini və hər kəsin sevincdən ağladığını vurğulayıb. Beləliklə, Odri Mari adlı qız övladı ötən ilin martın 17-də dünyaya gəlib və 138 ildən sonra ailənin ilk qız uşağı olub.
QAZİLER.AZ