Süni intellektli “Virtual xəbər aparıcısı" xidmətə hazırdır

Süni intellektli “Virtual xəbər aparıcısı" xidmətə hazırdır backend

Son illər inkişaf edən süni intellekt texnologiyaları sayəsində bir çox şirkət bu sahəyə nəhəng investisiyalar qoyur və öz işlərində süni zəkadan istifadə etməyə başlayır.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, “Kuwait Times”ın törəmə şirkəti olan “Kuwait News” süni intellektlə hazırlanmış virtual xəbər serveri “Fedha”nı təqdim edib.

Fedhanın sosial media hesabında reklam edilən görünüşündə onun sarı saçlı, rəngli gözlü, qara pencək və ağ köynək geyinmiş qadın kimi təsvir edildiyi müşahidə olunur.

Tanıtım videosunda Fedha "Mən Küveytdə "Kuwait News"da süni intellektlə işləyən ilk aparıcı Fedhayam. Hansı xəbərlərə üstünlük verirsiniz? Fikirlərinizi eşidək" deyir.

“Kuwait News” qəzetinin baş redaktor müavini Abdullah Boftain verdiyi açıqlamada Fedhanın Küveyt ləhcəsinə sahib ola biləcəyini və onlayn xəbər bülletenlərini oxuya biləcəyini söyləyib.

Məlumatda qeyd edilib ki, Fedha süni intellektlə yaradılan ilk xəbər aparıcısı deyil. 2018-ci ildə Çin dövlət xəbər agentliyi özünün virtual xəbər aparıcısını təqdim edib.

QAZİLER.AZ

Diaspora