Federal Təhqiqatlar Bürosu (FTB) bu yaxınlarda istehlakçılara pulsuz ictimai şarj stansiyalarından istifadə etməmək barədə xəbərdarlıq edib.
FTB-nin məlumatına görə, ictimai USB portlarından cihazlara zərərli proqram və izləmə proqramlarını yerləşdirmək üçün istifadə olunur.
Fırıldaqçıların cihazları zərərli proqramlarla yoluxdura bilən ictimai şarj cihazlarından istifadə etdiyini bildirən FTB, hakerlərin telefonunuza, planşetinizə və ya kompüterinizə daxil olmasına imkan yaradan proqramlardan istifadə etdiyini də bildirib.
FTB həmçinin ictimai “Wi-Fi” nöqtələrində həssas əməliyyatlar etməmək, şübhəli sənədləri açmamaq, bütün hesablar üçün eyni paroldan istifadə etməmək, sms və e-poçtlarda arzuolunmaz keçidlərə klikləməmək barədə xəbərdarlıq da edib.
QAZİLER.AZ