Donald Tramp administrasiyasının tətbiq etdiyi embarqolar səbəbindən çox çətin vəziyyətdə olan və “Google” lisenziyası ləğv edilən “Huawei” itirməkdə davam edir. Belə ki, “Huawei” marka keyfiyyətini qorumaq üçün üçüncü tərəf məhsullarda öz brendindən və loqotipindən istifadə etmək qərarına gəlib.
Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, smartfon satışında ilk beşliyə daxil olan və vətəni Çində liderliyini itirən “Huawei” artıq əvvəlki qədər qazanc əldə edə bilmir.
Çin texnologiya nəhəngi “Huawei” xalis mənfəətinin illik müqayisədə 69 faiz azalaraq 2022-ci ildə 5,18 milyard dollara düşdüyünü açıqlayıb.
"Huawei" artıq öz loqotipini və brendini smartfon və ya avtomobil kimi üçüncü tərəf məhsullarında istifadə etməyəcək. Bu addımla şirkət reputasiyasını qorumaq və markadan sui-istifadə hallarının qarşısını almaq məqsədini daşıyır.
Qeyd edilir ki, “Huawei”nin smartfonlar bölməsi 11 faiz azalaraq 31,1 milyard dollar, telekommunikasiya bölməsi isə 0,9 faiz artımla 41 milyard dollar gəlir əldə edib. Artıq mobil bazara diqqət yetirməyən Çin şirkəti bulud hesablamaları və avtomobil kimi sahələrə daha çox sərmayə qoymağa başlayıb.
QAZİLER.AZ