Minlərlə kiçik çəngəlli meduzaya bənzəyən mavi canlının ABŞ-ın Orinc dairəsi sahilləri də daxil olmaqla Kaliforniya sahillərində vurulduğu bildirilir.
Qaziler.az “TRTHaber”ə istinadla xəbər verir ki, ekoloji turizm agentliyi olan “Dana Wharf Whale Watching” suda külək dənizçiləri kimi tanınan yüzlərlə orqanizmlərin göründüyünü açıqlayıb.
Elmi olaraq “Velella velella” kimi tanınan bu canlılar Kaliforniyadakı Point Reyes Milli Dənizkənarı milli parkına görə meduzaların törəmələridir. Bunların meduza və mərcanların da daxil olduğu “Cnidaria” (Knidlilər) adlı heyvanlar qrupuna aid olduğu bildirilir.
Milli parkın keçən həftə “Facebook”da paylaşdığı bir yazıya görə, Velella küləyi tutmaq üçün düz, oval gövdəsi üzərində dik duran şəffaf yelkəndən istifadə edərək açıq okeanda üzən poliplər toplusudur.
Alimlər deyirlər ki, bu orqanizmlər yazda və yayın əvvəlində güclü külək onları sahilə vuruduqda çimərliklərdə görünürlər.
Bədənlərinə bağlı olan yelkənlər bu canlıların küləyə tutunub ə suyun səthindən üzməsinə kömək edir. Ona görə də bu canlıların xalq arasında “külək dənizçiləri” adlandırıldığı bildirilir.
QAZİLER.AZ