Dünyada İLK: Sürücüsüz avtobus xidməti başlayır - FOTO

Dünyada İLK: Sürücüsüz avtobus xidməti başlayır - FOTO backend

Elektrikli avtomobillərlə birlikdə daha da populyarlaşan sürücüsüz avtobuslar bir çox şirkətlərin diqqətini çəkməyə başlayıb.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, bu şirkətlərdən biri olan “Stagecoach” dünyada ilk dəfə olaraq gələn aydan etibarən Şotlandiyada tam ölçülü və sürücüsüz avtobus xidmətlərinin başlayacağını açıqlayıb.

Mayın 15-də başlayacaq səfərlərin birinci mərhələsində marşrut qısa olacaq, daha sonra isə uzadılacaq.

Bu avtobusların hər biri əvvəlcədən seçilmiş marşrutlar üzrə saatda 80 kilometrə qədər sürətlə sərnişin daşıyacaq.

Avtobuslar avtonom olsa da, arzuolunmaz vəziyyətlərdə fövqəladə halların aradan qaldırılması üçün avtomobillərdə iki nəfər personal olacaq. Sürücü oturacağında əyləşən sürücü lazım olduqda idarəetməni ələ keçirə biləcək.

Təxminən 22 kilometrlik marşrutla hərəkət edəcək 5 avtobus xidmətə veriləcək. Birmərtəbəli sürücüsüz tam avtonom avtobuslar həftədə təxminən 10 min sərnişin daşıya biləcək.

QAZİLER.AZ

Diaspora