Havanın çirklənməsi dünyanın ən böyük ekoloji sağlamlıq təhlükəsi hesab olunur və onun təsirləri günü-gündən artır.
Son ölçmələrdə atmosferdəki karbon qazının səviyyəsinin əvvəllər qeydə alınmış 415 ppm nisbətini keçərək 420 ppm/milyona yüksəldiyi müəyyən edilib.
Ölçülmüş karbon qazının miqdarı bəşəriyyət yaranandan bəri qeydə alınan ən yüksək səviyyəyə çatıb.
Artıq “SpaceX” Şimali Amerika qitəsində havanın çirklənməsinə nəzarət edəcək NASA-nın Troposfer Emissiyalarının Çirklənməsinə Nəzarət (TEMPO) alətini uğurla orbitə göndərib. Cihaz tam olaraq orbitə yerləşdirildikdən sonra Şimali Amerika qitəsi üzərində havanın çirklənməsinə nəzarəti həyata keçirəcək.
NASA-nın Langley Araşdırma Mərkəzində TEMPO üzrə layihə meneceri Kevin Daugherty TEMPO-nun NASA-ya ümumi dəyəri təxminən 210 milyon dollar olduğunu bildirib.
Bildirilir ki, TEMPO aşağı troposferdə ozon və azot dioksidi də daxil olmaqla əsas hava çirkləndiricilərinin səviyyələrini aşkar etmək üçün ultrabənövşəyi və yaxın infraqırmızı işıq spektrlərini ölçəcək.
QAZİLER.AZ