Çoxlarının “Mimino” filmindən tanıdığı Vaxtanq Kikabidze çalışqan şagird olmayıb. O, ümumilikdə ömrünün 14 ilini məktəb skamyası arxasında keçirib.
Fakt budur ki, gələcək sənətçi üç dəfə ikinci ilə qalıb. Buna görə də onun təhsil ocağında qalma müddəti sinif yoldaşlarınınkından çox olub. Kikabidzenin gündəliyi “iki” ilə dolu olub. 13 fənndən 12-si “uğursuz”, yeganə istisna isə rus dili idi.
Məktəbdən sonra Kikabidze ali təhsil də ala bilməyib. O, xarici dilləri öyrəndiyi instituta qəbul olur. Lakin ikinci kursda gələcək aktyor ali məktəbi atır.
Kikabedze aktyor və musiqi təhsili də almayıb. Lakin bütün bunlar ona SSRİ-nin ən parlaq artistlərindən biri olmağa mane ola bilməyib.
QAZİLER.AZ
Mənbə: kinoafisha.info