Hər il Yeni Zelandiya alimləri qədim buz çayları - Cənubi ada boyunca uzanan dağ silsiləsi üzərindən uçurlar və hər il azalmanın olduğunu qeyd edirlər.
Qaziler.az CNN-ə istinadla xəbər verir ki, ekspedisiyada iştirak edən Avstraliyanın Monaş Universitetinin professoru Endryu Makintoş gördüklərindən şoka düşdüyünü deyib. Onun sözlərinə görə, bəzi kiçik buzlaqlar tamamilə yox olub və məşhur "Frans Josef" və "Fox" buzlaqları nəzərəçarpacaq dərəcədə geri çəkilib.
Milli Su və Atmosfer Tədqiqatları İnstitutunun baş alimi və tədqiqatın koordinatoru Endryu Lorri, "Builki müşahidələr Cənubi Alp dağlarında buz itkisinin davam etdiyini təsdiqləyir" deyə qeyd edib.
QAZİLER.AZ