Əncir yeyərkən diqqətli olun: içində ölü arılar və sürfələr olur

Əncir yeyərkən diqqətli olun:  içində ölü arılar və sürfələr olur backend

Dadınını sevdiyimiz və faydaları ilə tanınan əncirin bilmədiyiniz tərəfi var. Belə ki, içində nə olduğunu eşidəndə ənciri yeməzdən əvvəl iki dəfə düşünəcəksiniz.

Süfrənin vazgeçilmezi, sevgi ilə yeyilən əncir, xüsusilə yay mövsümünün sonlarına doğru ən çox yeyilən meyvələrdəndir.

Bəs özünəməxsus dadı ilə seçilən əncirin necə əmələ gəldiyini bilirsinizmi? Məşhur inancın əksinə olaraq, əncir əslində meyvə deyil, tərsinə çevrilmiş bir çiçəkdir.

Məlum olduğu kimi, əncir ağaclarının çiçəkləri olmur. Bəs çiçəyi olmayan ağacdan meyvə necə yetişir?

Əslində əncirin çiçəyi var. Halbuki bu çiçək ağacda deyil, əncirin içindədir. Əncirin içində olan və ağızda xırıltıldayan xırda şeylər əncirin çiçəkləri olub.

Əncirin necə əmələ gəldiyini heç eşitmisinizmi?

Əncirin əmələ gəlməsi prosesi haqqında oxuyanda çox təəccüblənəcəksiniz. Dişi əncir arısı içində olduğu əncirin tozcuqlarını toplayaraq prosesə başlayır. Fərqli əncirin altında olan kiçik dəlikdən içəri daxil olur. Digər əncirə girən əncir arısı həm daşıdığı tozcuqları, həm də yumurtalarını qoyur. Bu şəkildə mayalanma prosesi tamamlanır. Daha sonra qoyulan yumurtalardan erkək və dişi arılar çıxır və proses bu şəkildə davam edir. Bir sözlə, əncirin içində sürfələr var. Bəs əncir arısı əncirin içindən çıxa bilməsə nə olar?

Dişi əncir arısı əncirin içinə girməyə çalışarkən qanadlarını itirir. Ona görə də əncirin içindən çıxa bilmir və tapşırığını yerinə yetirdikdən sonra əncirin içində ölür.

Mənbə: ensonhaber.com

Firuzə Alimova

QAZİLER.AZ

Diaspora