"Ray-Ban"-ın varisi del Vekkio dünyanın ən gənc milyarderi olub.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, 18 yaşlı italyan Klemente del Vekkio 3,5 milyard dollar sərvəti ilə dünyanın ən gənc milyonçusu olub. Bu barədə Amerikanın “Forbes” nəşri məlumat yayıb.
Klemente dünyanın ən böyük eynək istehsalçısı Luxottica-nın (Ray Ban markasına sahibdir və Chanel, Prada və digər lüks brendlər üçün çərçivələr istehsal edir) qurucusu Leonardo del Vekkionun yeddi övladının ən kiçiyidir. Ən gənc milyarder olaraq o, 18 yaşında atasından biznesin bir hissəsini miras alan Klemente almaniyalı Kevin David Lemanın yerinə keçib. Leman ailəsi Almaniyanın dm-drogerie markt apteklər şəbəkəsinin sahibidir.
İtaliyanın ən varlı adamlarından biri Leonardo del Vekkio 2022-ci ilin iyununda vəfat edib və özündən sonra 25,5 milyard dollarlıq sərvət qoyub.
QAZİLER.AZ